İranda etirazlar zamanı kinorejissor öldürülüb
İranda ölkə miqyasında baş verən ümummilli etirazlar fonunda bir general və bir kinorejissor həyatını itirib.
Crossmedia.az "Hengaw" informasiya agentliyinə istinadən xəbər verir ki, kinorejissor Cavad Gənci hökumətin açdığı atəş nəticəsində öldürülüb. Hadisə zamanı onlarla mülki şəxsin də həlak olduğu bildirilir.
“The Sun” qəzetinin iddiasına görə, etirazlar zamanı Məşhəddə narkotiklərlə mübarizə şöbəsinə rəhbərlik edən general Cavad Keşavarz də öldürülüb.
Hadisələr ölkədə sosial gərginliyin hələ də yüksək olduğunu göstərir və vəziyyət beynəlxalq narahatlıqlar doğurur.
Kübra Musayeva
15:13 12.01.2026
Oxunuş sayı: 973