Polşada yəhudi idmançılara HÜCUM EDİLİB
Polşanın Belşko-Byala şəhərində keçirilən uşaq-gənclər arasında cüdo turnirində antisemit xarakterli insident baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
İsrail nümayəndə heyəti — 7–16 yaş arası təxminən 90 uşaq və yeniyetmə, eləcə də onların məşqçiləri — səhər saatlarından etibarən təhqir və təxribatlarla üzləşib. Onların ünvanına “Free Palestine” və “Budur, yəhudilər gəlir” kimi ifadələr səsləndirilib.
Məşqçilər hadisə ilə bağlı hakimlərə şikayət etdikdən sonra təxminən 12 yerli şəxsdən ibarət qrup onlara hücum edərək, uşaqların gözü qarşısında döyüb. Baş verənlərə baxmayaraq, turnirin təşkilatçıları hücum edənlərə qarşı heç bir cəza tədbiri görməyib, əksinə, İsrail nümayəndə heyətinin yarışlardan kənarlaşdırılması barədə qərar qəbul ediblər.
İdmançıların və onları müşayiət edən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə nümayəndə heyəti mühafizə altında hotelə yerləşdirilib. Delegasiya üzvləri baş verənlərdən şok olduqlarını bildirərək, Polşa hakimiyyətindən və beynəlxalq idman qurumlarından məsələyə dərhal reaksiya verilməsini tələb ediblər.
Xumar Emilqızı
14:56 12.01.2026
Oxunuş sayı: 1551