NetBlocks İranda etirazlar zamanı internetin kəsildiyini bildirib
Beynəlxalq internet monitorinq xidməti NetBlocks, davam edən etirazlar fonunda Tehranda və İranın bir sıra digər şəhərlərində internet əlaqələrinin kəskin şəkildə pisləşdiyini qeydə alıb.
Crossmedia.az xəbər verir ki, NetBlocks bu barədə X sosial şəbəkəsində məlumat verib.
Təşkilat qeyd edib ki, elektrik kəsintiləri eyni anda bir neçə telekommunikasiya operatoruna təsir edib.
Hesabatda deyilir: "Şəbəkə məlumatları göstərir ki, Tehran və İranın digər bölgələri hazırda birdən çox provayder arasında əlaqələr kəsildiyi üçün rəqəmsal qaranlığa qərq olub".
00:30 09.01.2026
Oxunuş sayı: 1406