Türkiyədə məsafədən iş müzakirə olunur
Əmək Qanunvericiliyinə əsasən məsafədən işləmək mümkündür və bunun üçün infrastruktur hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin əmək və sosial təminat naziri Vedat İşıkhan Ülke TV-ə açıqlamalarında bildirib.
O, həmçinin gənclər, qadınlar və əlillərin yarımştat işləməsini təmin edəcək çevik iş modeli hazırladıqlarını açıqlayıb.
İşıkhan, pensiya artımları ilə bağlı təsir təhlilləri aparıldığını və qərarın parlamentdə qəbul ediləcəyini bildirib. Ölkədə 16,7 milyon təqaüdçü olduğunu vurğulayıb.
Bələdiyyələrin sosial təminat borclarının 250 milyard lirəyə çatdığını qeyd edən nazir borclarını strukturlaşdırmaq istəyənlər üçün qapıların açıq olduğunu bildirib.
İşıkhan məsafədən və çevik iş modelinin tətbiqində əsas məqsədin işçilərin sosial hüquqlarının qorunması olduğunu vurğulayıb.
Səriyyə Tağıyeva
23:27 08.01.2026
Oxunuş sayı: 1410