Ağ Ev təsdiqləyib: Tramp Rusiya əleyhinə sanksiyalar qanun layihəsini dəstəkləyir
ABŞ-nin prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Qanun layihəsini Respublikaçı senator Lindsi Qrem və Demokrat senator Riçard Bluemental hazırlayıb. Sənəd Çin və Hindistan kimi ölkələrin Rusiya nefti almasına görə ikincil sanksiyaların tətbiqini nəzərdə tutur.
Layihə ABŞ Senatının 100 üzvündən 80-dən çox senator tərəfindən dəstəklənir. Hazırda məlum deyil ki, layihəyə Trampın xahişi ilə dəyişikliklər ediləcəkmi; o, əvvəllər sanksiyaların tətbiqi və ləğvi zamanı tam çevikliyə malik olmaq istəyini ifadə etmişdi.
Xumar Emilqızı
13:35 08.01.2026
Oxunuş sayı: 1276