İranda etiraz aksiyaları gecə boyu davam edib
İranda etiraz aksiyaları gecə saatları boyunca davam edib.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, ölkənin bir sıra şəhərlərində etirazçılar küçələrə çıxaraq hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.
Bildirilib ki, Məşhəd şəhərində etirazçılar İranın dövlət bayrağını cıraraq tapdalayıblar. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.
Xumar Emilqızı
13:30 08.01.2026
Oxunuş sayı: 1265