Qəzzaya göndəriləcək sülhməramlı qüvvələr İsrail üçün təhlükə yaratmayacaq - Yaşar Güler
Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib ki, Ankaranın Qəzza sektoruna göndərməyi planlaşdırdığı sülhməramlı qüvvələr İsrail üçün heç bir təhlükə təşkil etməyəcək.
Bu barədə Crossmedia.az TRT Haber-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Qəzzada təhlükəsizliyi təmin edəcək beynəlxalq sabitləşdirmə missiyası çərçivəsində iştirak üçün artıq lazımi qüvvələr hazırlanıb və müvafiq hərbi təlimlərə başlanılıb.
Yaşar Güler vurğulayıb ki, Türkiyənin belə bir qlobal sülhməramlı missiyada iştirak etməkdə əsas məqsədi humanitar yardıma töhfə vermək və bölgədəki münaqişələrə son qoymaqdır. Nazir qeyd edib ki, Türkiyənin sülhməramlı kontingenti İsrail üçün təhdid yaratmayacaq.
Türkanə Məşədiyeva
13:23 08.01.2026
Oxunuş sayı: 1252