ABŞ-də feminist aktivistin öldürülməsi etirazlara səbəb oldu
ABŞ-nin Minnespolis şəhərində feminist və aktivist Rene Nikole Gudin miqrasiya xidməti əməkdaşı tərəfindən açılan atəş nəticəsində öldürülməsi ölkədə etirazlara səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, qadın miqrantların saxlanmasına mane olub və əməkdaşa hücum etməyə çalışıb, bundan sonra əməkdaş özünü müdafiə məqsədilə atəş açıb.
Qeyd edək ki, Rene Nikole Gudun ölümündən sonra Minnespolisdə polis ilə qarşıdurmalar baş verib, həmçinin digər ABŞ şəhərlərində də həmrəylik aksiyaları təşkil olunub.
ABŞ prezidenti Donald Tramp baş verənləri “radikal sol qüvvələrin” fəaliyyəti ilə əlaqələndirib və polis əməkdaşlarının hərəkətlərinin müdafiə xarakteri daşıdığını bildirib.
Fatimə Məmmədova
13:19 08.01.2026
Oxunuş sayı: 1345