Etirazlara səbəb olan iqtisadi problemlər ABŞ sanksiyalarının nəticəsidir - İran XİN
İranın Xarici İşlər Nazirliyi ölkədə baş verən etirazların əsas səbəbinin ABŞ-nin İrana qarşı tətbiq etdiyi sərt iqtisadi sanksiyalar olduğunu bəyan edib.
Bu barədə Crossmedia.az xəbər verir.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, Vaşinqtonun Tehrana qarşı siyasəti təkcə iqtisadi təzyiqlərlə məhdudlaşmır. Rəsmi mövqeyə görə, ABŞ eyni zamanda psixoloji müharibə aparır, yalan məlumatların yayılmasına yönəlmiş media kampaniyaları təşkil edir, hərbi müdaxilə ilə hədələyir və zorakılıqla terrorizmin təxrikinə şərait yaradır.
İran XİN vurğulayıb ki, bu cür addımlar BMT Nizamnaməsinin prinsiplərinə, beynəlxalq hüququn imperativ normalarına və beynəlxalq insan hüquqları sisteminin əsaslarına açıq şəkildə ziddir. Nazirlik ABŞ-nin bu siyasətinin regionda gərginliyi daha da artırdığını qeyd edib.
Türkanə Məşədiyeva
13:01 08.01.2026
Oxunuş sayı: 1183