Paşinyan güc strukturlarını şəxsən yoxlayacaq: İstefalar istisna edilmir
Ermənistanın Baş naziri Nikol Paşinyan güc strukturlarına şəxsən baş çəkmək, əməkdaşlar və rəhbərliklə görüşlər keçirmək, onların fəaliyyəti və əldə olunan nəticələrlə bağlı suallar vermək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfərlərin nəticəsi olaraq kadr dəyişiklikləri, vəzifədən azad edilmələr və ya istefa ərizələrinin təqdim olunması istisna edilmir.
Bildirilib ki, hüquq-mühafizə orqanları Paşinyanın səfərinə ciddi şəkildə hazırlaşır: sənədlər toplanır, tabelikdə olan əməkdaşlardan hesabat və protokollar tələb olunur ki, baş nazirin bütün suallarına cavab vermək mümkün olsun.
Xumar Emilqızı
12:50 08.01.2026
Oxunuş sayı: 1048