Azərbaycan İsrailin bu şirkətinə investisiya planlaşdırır
Azərbaycan İsrailin ən böyük suyun duzsuzlaşdırılması şirkətlərindən biri olan IDE (Desalination Engineering) şirkətinə sərmayə yatırmaq üçün danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Azərbaycanın AIC investisiya şirkəti IDE-nin səhmlərinin 20–30 faizini əldə etməyi nəzərdə tutur. Müqavilə bağlanacağı təqdirdə, bu pay AIC vasitəsilə əldə olunacaq.
Qeyd olunur ki, razılaşma uğurla yekunlaşarsa, bu investisiya Azərbaycanın İsrailə yönəltdiyi ikinci ən böyük sərmayə olacaq. Xatırladaq ki, 2025-ci ilin iyun ayında Azərbaycanın milli enerji şirkəti SOCAR İsrailin Tamar qaz yatağında 10 faiz pay əldə edib.
Kübra Musayeva
12:06 08.01.2026
Oxunuş sayı: 1126