Aİ-nin Qazaxıstandakı diplomatik nümayəndəlikləri yeni qanun düzəlişlərini tənqid edib
Avropa İttifaqının Qazaxıstandakı diplomatik nümayəndəlikləri ölkədə “LGBT təbliğatı və pedofiliya”nı qadağan edən qanuna edilən düzəlişlərlə bağlı tənqidi mövqe sərgiləyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, diplomatik nümayəndəliklərin yaydığı açıqlamada qeyd olunub ki, qəbul edilən dəyişikliklər insan hüquqları və ifadə azadlığı baxımından narahatlıq doğurur. Aİ tərəfi bu cür qanunvericilik təşəbbüslərinin beynəlxalq öhdəliklərə uyğunluğunun vacibliyini vurğulayıb.
Qazaxıstan hakimiyyəti isə qanun düzəlişlərinin cəmiyyətin və xüsusilə azyaşlıların qorunmasına yönəldiyini bildirib.
Nəzrin Abbas
16:25 06.01.2026
Oxunuş sayı: 2364