Kostanayda Həmrəylik Günü qeyd edilib
Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən "Birlik" Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Tədbir öncəsi birliyin üzvləri uşaq evini ziyarət edərək uşaqlara bayram hədiyyələri veriblər.
Rəsmi hissədə çıxış edən birliyin sədri Rafael Hacıbalayev Həmrəylik Gününün tarixi, mahiyyəti və qeyd edilməsinin əhəmiyyəti barədə məlumat verib, həmrəylik ideyasının azərbaycanlıları dünyada birləşdirən mühüm amil olduğunu vurğulayıb.
Daha sonra icmanın gənclər qanadının ən fəal üzvləri ictimai xidmətlərinə görə mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.
22:23 30.12.2025
Oxunuş sayı: 1479