GAİM Şahmat Klubundan növbəti uğur
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) Şahmat Klubunun yetirmələri həmin şəhərin meriyasının təşkilatçılığı ilə keçirilən şahmat turnirində mühüm nailiyyət qazanıblar.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Adəm Babakişiyev, İmdat Ələkbərov, Ümid Əliyev və Əli Aslanov əzmkarlıq və komanda ruhu nümayiş etdirərək 1-ci yerin sahibi olublar.
Bununla yanaşı, klubun digər yetirməsi Sofia Xasmamedova fərdi şahmat turnirində qalibiyyət əldə edib.
Bu nəticələr GAİM-in gənclərin intellektual potensialının inkişafına verdiyi töhfənin real göstəricisi kimi dəyərləndirilir, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin idman və təhsil sahəsində fəallığının artmasına, eləcə də onların ictimai həyatda daha uğurlu iştirakına stimul verir.

17:41 30.12.2025
Oxunuş sayı: 1218