İlin son pedaqoji iclasında kollecin Strateji İnkişaf Planı (2025-2029) müzakirə olunub
Sənaye və Texnologiya Kollecinin təmirdən sonra istifadəyə verilmiş zalında ilin son pedaqoji iclası keçirildi. İclasda kollecin Strateji İnkişaf Planı (2025-2029) müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, kollecin direktoru, professor Nasim Abışov çıxışında Ilk öncə əmək bazarının tələblərinə cavab verən, şəffaf, keyfiyyətli və müasir peşə təhsili təmin etmək, şəffaf idarə olunan, güclü kadr potensialına və müasir laboratoriyalara malik nümunəvi kollec olmaq və mövcud vəziyyətin təhlili haqqında danışdı. Daha sonra N.Abışov Strateji İnkişaf Planının əsas istiqamətlərindən biri olan - şəffaf və ədalətli qiymətləndirmə sistemi qurmaq, peşəkar və məsuliyyətli kadr korpusu formalaşdırmaq, laboratoriya və infrastrukturun yenilənməsi, tədrisdə keyfiyyətin artırılması, effektiv hesabatlıq və daxili nəzarət mexanizmi yaratmaq barədə ətraflı çıxış etdi. Sonda Nasim Abışov qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollecin kollektivini təbrik etdi, hamıya cansağlığı, uzun ömür, pedaqoji və şəxsi fəaliyyətlərində uğurlar arzuladı.
18:51 29.12.2025
Oxunuş sayı: 37540