Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub
Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili və digər kurslarda təhsil alan tələbələrə diplomların təqdimat mərasimi keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Mərasimdə müxtəlif ölkələrdən olan tələbələrə ümumilikdə 186 diplom və sertifikatlar təqdim edilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov iki ölkə arasında mövcud əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirin və ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. O, Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb. Seymur Nəsirov, həmçinin rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, cəmiyyət 2014-cü ildən fəaliyyət göstərir və Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin təbliği ilə məşğuldur. Cəmiyyətdə təşkil edilən kurslarda indiyədək müxtəlif ölkələrdən 3000-ə yaxın tələbənin təhsil aldığını və hazırda 61 ölkədən olan 650-dən çox şəxsin ödənişsiz əsasda təhsilini davam etdirdiyini söyləyib. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, Qurani-Kərimin qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlərin tədris olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ərəb ölkələrinin mediasında geniş şəkildə işıqlandırılıb.
جمعية الصداقة المصرية الأذربيجانية تكرم طلابها بـ186 شهادة - الفرما | El Farama
جمعية الصداقة المصرية الأذربيجانية تقدم 186 إجازة وشهادة لطلابها - بترونيوز 24 | PetroNews 24
جمعية الصداقة المصرية الأذربيجانية تقدم 186 إجازة - اخباري 24 | Ekhbary 24
https://alekhbarya.net/archives/343832
https://www.altaqrernews.com/2025/12/186-2.html?m=1
https://almessa.gomhuriaonline.com/641222/
https://www.albawabhnews.com/5306110
https://www.mobtada.com/culture/1571924
جمعية الصداقة المصرية الأذربيجانية تقدم 186 إجازة وشهادة لطلابها
https://jedariiat.net/news/21397
https://boldnews.net/?p=321294
https://almessa.gomhuriaonline.com/641333/
https://alharir.info/121168-2/
18:30 26.12.2025
Oxunuş sayı: 1170