Professor Məsud Əfəndiyev İlham Əliyevi təbrik edib
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Crossmedia.az təbrik mətnini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvləri adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
2022-ci ildə gözəl Şuşamızda Sizin də iştirakınızla keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayındakı çıxışımda dediyim kimi, mən qalib Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın yanında olan diaspor ordusunun bir nümayəndəsiyəm.
Sizin 2024-cü ilin sentyabr ayında Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına ünvanladığınız müraciətin bizə - xaricdə yaşayan və ürəyi daim Azərbaycanla döyünən elm adamlarına necə gözəl təsir bağışladığını, nə qədər ruh yüksəkliyi verdiyini sözlərlə ifadə etmək qeyri-mümkündür.
Cənab Prezident, mən 35 ildən çoxdur ki, Almaniyada yaşayan bir diaspor nümayəndəsi, həm də Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri kimi bildirirəm ki, hər zaman Sizin yanınızdayıq.
Allah Sizi və qalib xalqımızı qorusun!
Hörmətlə,Məsud Əfəndiyev
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Azərbaycanın Əməkdar elm xadimi, Almaniya hökumətinin təsis etdiyi
“Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlı, professor
19:54 25.12.2025
Oxunuş sayı: 1344