“Mənim sehrli dünyam” Kanadada
Kanadada keçirilən Kalqari Avropa Film Festivalında rejissor Elvin Adıgözəlin ssenari müəllifi olduğu "Mənim sehrli dünyam" tammetrajlı Azərbaycan bədii filmi nümayiş olunub.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Filmin nümayişi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin üzvü Pərvin Abdullayevanın təşkilatçılığı ilə baş tutub.
Pərvin Abdullayeva çıxışında festivalın ərsəyə gəlməsində əməyi olan təşkilatçılara və Azərbaycan bədii filminin nümayişinə göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.
16:35 24.12.2025
Oxunuş sayı: 1145