Qrenlandiya qrenlandiyalılara məxsusdur, ABŞ adanı ilhaq edə bilməz
Danimarka hökuməti bildirib ki, Qrenlandiya yalnız Qrenlandiyalılara məxsusdur və ABŞ-nin adanı ilhaq etməsi qəbul olunmaz.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Danimarka rəsmiləri vurğulayıb ki, heç kimin dövlət sərhədlərini zorla dəyişdirməsinə icazə verilmir - nə siyasi, nə də hərbi yolla.
Onların sözlərinə görə, uzunmüddətli müttəfiq ABŞ bəzi çətin vəziyyətlər yaratsa da, Danimarka demokratik dəyərlərdən yayınmaq niyyətində deyil və krallığın ərazi bütövlüyünə hörmət gözləyir.
Hökumət əlavə edib ki, güc yolu ilə sərhəd dəyişiminə imkan verilməyəcək və ABŞ-nin addımları transatlantik münasibətlər üçün yeni çağırış yaradır.
Türkan Kərimli
20:53 23.12.2025
Oxunuş sayı: 1018