İranlı deputat: Xameneiyə qarşı sui-qəsdin qarşısını almaq üçün sədəqə verilməlidir
İran parlamentinin üzvü Məhəmməd Mənan Rəisi İsrailin ölkənin ali rəhbəri Əli Xameneiyə qarşı sui-qəsd cəhdləri planlaşdırdığını iddia edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Deputat “Telegram” kanalında paylaşımında bildirib ki, İsrail 12 günlük müharibə zamanı Xameneiyə qarşı bir neçə sui-qəsd cəhdi hazırlayıb, lakin bu planlar “xalqın duaları və sədəqələri” sayəsində baş tutmayıb.
Rəisi qeyd edib ki, bu iddianı klinik ölüm keçirmiş bir şəxsin hekayəsinə əsaslanaraq səsləndirir. Onun sözlərinə görə, həmin şəxs ölümə yaxın yaşadığı təcrübə zamanı gələcəklə bağlı müəyyən proqnozlar verib.
İranlı deputat həmçinin İsraillə münaqişənin yenidən başlayacağını iddia edərək bildirib ki, qarşıdurma bu dəfə həm hava, həm də quru əməliyyatlarını əhatə edəcək. Onun fikrincə, İsrail ciddi itkilər verəcək və İran qüvvələri onları geri çəkilməyə məcbur edəcək.
Rəisi vurğulayıb ki, ali rəhbərə qarşı mümkün sui-qəsd cəhdlərinin qarşısını almaq üçün xalqın sədəqə verməsi vacibdir.
Türkan Kərimli
20:14 23.12.2025
Oxunuş sayı: 1011