Almaniya naziri: Rusiya ilə NATO arasında müharibə mümkün deyil
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya ilə NATO arasında baş verə biləcək tammiqyaslı müharibə ehtimalı real görünmür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, NATO-nun baş katibi Rutte baş verə biləcək hadisələri mümkün qədər aydın təsvir etmək istəyib, lakin Pistorius belə bir ssenariyə inanmır.
Pistorius qeyd edib ki, onun fikrincə, Rusiya prezidenti Vladimir Putin ittifaqa qarşı tammiqyaslı dünya müharibəsi aparmaq niyyətində deyil. O, “Die Welt” qəzetinə müsahibəsində Ruttenin NATO-nun “babalarımızın və ulu babalarımızın yaşadığı miqyasda müharibəyə hazır olmalı” ifadəsinə münasibət bildirərkən bu fikri səsləndirib.
Türkan Kərimli
20:06 23.12.2025
Oxunuş sayı: 1651