Netanyahu: İrana qarşı hazırlıq görülür
İsrailin Baş naziri Benyamin Netanyahu deyib: "Mən burada İrana aydın şəkildə bildirmək istəyirəm. Bilirik ki, İran son vaxtlar hərbi təlimlər keçirir. Biz bunu izləyir və lazımi hazırlıqları görürük.
İsrailə qarşı hər hansı addımlara çox sərt cavab veriləcək".
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Donald Trampla qarşıdakı görüşündə Tehranın nüvə fəaliyyətini müzakirə edəcəyini də qeyd edib.
"İsrail 12 günlük müharibədə böyük nailiyyətlər əldə etsə də, Təl-Əvivin Tehranın uranı zənginləşdirmə səviyyəsi və proksi qüvvələrə dəstəklə bağlı əsas gözləntiləri dəyişməyib", - deyə Netanyahu əlavə edib.
19:28 23.12.2025
Oxunuş sayı: 923