Novovorenej yaxınlığında dron məhv edildi
Rusiya Müdafiə qüvvələrinin hava hücumundan müdafiə sistemləri Novovoronej yaxınlığında, atom elektrik stansiyasının yerləşdiyi əraziyə yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Crossmedia.az Voronej vilayətinin qubernatoru Aleksandr Gusev öz Telegram kanalında verdiyi məlumata istinadən xəbər verir.
“Əvvəlki məlumata görə, heç bir insan tələfatı və dağıntı yoxdur”, — deyə qubernator qeyd edib.
Gusev əlavə edib ki, Novovoronejdə dron hücumu ilə bağlı birbaşa təhdid rejimi ləğv olunub, lakin bütün vilayətdə pilotsuz uçuş aparatlarına qarşı xəbərdarlıq rejimi qüvvədə qalır.
Oktyabr ayında “Rosenergoatom” Ukrayna dronunun Novovoronej AŞİM-in soyutma qülləsinə hücum etməyəz çalışdığını açıqlayıb. Dron vurulsa da, qülləyə çırpılıb partlayışa səbəb olmuşdu.
Bundan əvvəl isə Rusiya PUA-ların qarşısını almaq üçün Voronej səmasında 10 pilotsuz aparat vurmuşdu.
Mehriban İbrahimli
17:42 23.12.2025
Oxunuş sayı: 996