Estoniya Cənubi Koreya istehsalı olan RZSO “Chunmoo”nu alacaq
Estoniya Müdafiə Nazirliyi Cənubi Koreya istehsalı olan "K239 Chunmoo" reaktiv yaylım atəş sistemlərini ölkə ərazisinə gətirəcək.
Bu barədə Crossmedia.az "Military Watch Magazine" verdiyi məlumata istinadən xəbər verir.
Qeyd edilir ki, bu RZSO-ların maksimum atış məsafəsi 300 kilometrdir. Məlumata görə, sistemlərin yerləşdirilməsi Sankt-Peterburqdan cəmi 140 kilometr məsafədə olacaq. Bu, Estoniya üçün strateji əhəmiyyət kəsb edir və Rusiyanın diqqətini çəkə bilər.
Bundan əlavə, Estoniya sərhədinə yaxın ərazilərdə ilk beş bunkerin inşasına başlayıb, yaxın aylarda isə daha 23 bunkerin tikilməsi planlaşdırılır.
2027-ci ilin sonuna qədər ölkənin şimal-şərq və cənub-şərq hissələrində təxminən 600 bunkerin tikilməsi nəzərdə tutulur.
Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Vladimir Cəbarov isə Baltikyanı ölkələrin sərhəddə müdafiə xətti qurmaq istəməsini “ağılsızlıq” adlandırıb.
Estoniya son vaxtlar Rusiya sərhədçilərinin sərhədi pozduğunu iddia edib.
Mehriban İbrahimli
17:25 23.12.2025
Oxunuş sayı: 1021