Lavrov Suriya Xarici İşlər Naziri ilə görüşəcək
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkəyə səfər edən Suriya XİN rəhbəri Əsəd əş-Şibani ilə görüşəcək.
Bu barədə Crossmedia.az Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a bildirdiyi məlumata istinadən xəbər verir.
Görüş zamanı tərəflər Suriya ilə bağlı postmünaqişə bərpa prosesini müzakirə edəcəklər. Əsəd əş-Şibani əvvəlki səfərində Rusiyadan Suriyanın birliyi prosesində iştirak etməsini istədiklərini bildirib.
Sergey Lavrov isə Rusiyanın bu prosesə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Əvvəlki açıqlamasında Suriya XİN rəhbəri ölkəsinin “müharibədən yorulduğunu” qeyd etmişdi.
Mehriban İbrahimli
17:04 23.12.2025
Oxunuş sayı: 1149