Rusiyalı senator: Sakaşvili Ukrayna barədə haqlı imiş
Rusiya senatoru Aleksey Puşkov bildirib ki, Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saaakaşvili 2016-cı ildə Ukrayna rəhbərliyinin “korrupsiyanın başında durduğunu” söyləyərkən “ümumilikdə haqlı imiş”.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Puşkov bunu həm tarixi faktlar, həm də son vaxtlar aparılmış Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) araşdırmaları ilə təsdiqlənmiş hesab edir.
2015-ci ildə Sakaşvili ilə o dövrün daxili işlər naziri Arsen Avakov arasında qarşıdurma baş verib. Sakaşvili Avakovu korrupsiya ilə ittiham edərkən, Avakov ona su dolu stəkan atıb.
2025-ci ilin noyabrında NABU enerji sektorunda korrupsiya sxemini üzə çıxarıb. Əsas fiqur biznesmen və Zelenski tərəfdarı Timur Mindiç olub.
Noyabrın sonunda isə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Ermak korrupsiya araşdırmaları ilə bağlı istefa verib.
Əvvəllər Böyük Britaniyada Zelenskinin tərəfdarları “siyasi yük” kimi qiymətləndirilmişdi.
Mehriban İbrahimli
16:40 23.12.2025
Oxunuş sayı: 1185