Bəqayi: İranın raket proqramı danışıqlar mövzusu deyil
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı danışıqlar üçün deyil, İran ərazisinin müdafiəsi məqsədi ilə yaradılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu imkanlar potensial təcavüzkarları İrana hücum etmək fikrindən çəkindirməyə xidmət edir və müzakirə predmeti ola bilməz.
Bəqayi qeyd edib ki, İranın müdafiə raket proqramının təhdid kimi təqdim edilməsi fonunda kütləvi qırğın silahlarının İsrailə yönəlməsi açıq ziddiyyət və “mənəvi pozğunluqdur”. O, ABŞ və İsraili dəstəkləyən ölkələrin bu vəziyyətə görə məsuliyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, İranın Silahlı Qüvvələri zərurət yarandıqda ölkəni müdafiə etməyə tam hazırdır və mövcud gərgin atmosferə baxmayaraq, dövlət qurumları öz vəzifələrini icra etməyə davam edəcək.
20:59 22.12.2025
Oxunuş sayı: 1377