Makron Fransaya yeni təyyarədaşıyan gəmi veriləcəyini açıqladı
Fransa Prezidenti Emmanuel Makron Hərbi Dəniz Qüvvələri üçün yeni təyyarədaşıyan gəminin inşa ediləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə o, bu qərarı Əbu-Dabidə fransız hərbçiləri qarşısında çıxışı zamanı açıqlayıb.
Makronun sözlərinə görə, layihəyə bu həftə start verilib. “Şarl de Qoll”u əvəz edəcək yeni nüvə təyyarədaşıyan gəmi 2038-ci ildə istismara veriləcək və 30 döyüş təyyarəsi daşıyacaq.
Nəzrin Abbas
19:18 21.12.2025
Oxunuş sayı: 1087