Epşteyn sənədlərində gözlənilməz rus laylası tapıldı
Son günlər sosial şəbəkələrdə və mediada Epşteyn işi ilə bağlı açıqlanan yeni sənədlər geniş müzakirələrə səbəb olub. Materialların diqqət çəkən məqamlarından biri isə gözlənilməz və izahı verilməyən bir detalın üzə çıxmasıdır. Belə ki, sənədlər arasında rus dilinə aid layla sətirlərinin yer aldığı kiçik bir qeydin olması istifadəçilərin marağına səbəb olub və müxtəlif suallar doğurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Epşteyn işi ilə bağlı materiallarda rus dilində laylanın sətirləri yazılmış bir kağız parçası aşkar edilib. İstifadəçilərin diqqətini latın qrafikası ilə yazılmış mətn çəkib: “Báhyue báhyushki bahyúe / Neh lahzshi̇́sya na krahyúe”.
Qeyd edək ki, bu qeydi kimin və hansı şəraitdə yazdığı məlum deyil. Sənədlərdə bununla bağlı əlavə məlumat yer almır
Zeynəb Xuduyeva
17:25 21.12.2025
Oxunuş sayı: 1136