Tramp FTB-ni ailəsinə qarşı etik pozuntuda ittiham edib
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu (FBI) həyat yoldaşının şəxsi əşyalarında axtarış aparmaqda ittiham edib.
Crossmedia.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.
Trampın sözlərinə görə, Mar-a-Laqo malikanəsində aparılan axtarışlar zamanı FBI əməkdaşları həyat yoldaşı Melaniyanın şkafına və şəxsi çekmecələrinə qədər baxıblar. O bunu “yolverilməz və alçaldıcı davranış” kimi qiymətləndirib.
“Daha ciddi problemlərim olub. Bu insanlar Mar-a-Laqoda mənə hücum etməyə çalışdılar və həyat yoldaşımın şkafına girdilər. Açığını deyim, bu, çox pisdir və bir az da qəribə səslənir: onlar onun dolablarını eşələyirdilər. Halbuki o, son dərəcə səliqəli insandır. Alt paltarları belə ideal şəkildə yığılmışdı. Hər şey mükəmməl idi” – deyə Tramp bildirib.
ABŞ prezidenti bu hadisəni ailəsinin şəxsi həyatına hörmətsizlik kimi dəyərləndirib.
Günel Verdiyeva
16:52 21.12.2025
Oxunuş sayı: 1108