Moskva Şimali Koreyanı dialoqa qaytarmaqda konstruktiv rol oynaya bilər
Cənubi Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi Moskvaya səfər edərək Rusiya yüksək səviyyəli diplomatları ilə Şimali Koreyanın nüvə proqramını müzakirə edib.
Crossmedia.az "Yonhap"-ya istinadən xəbər verir. Onun sözlərinə görə, Seul hesab edir ki, Pxenyanla dərin əlaqələrə görə Moskva Şimali Koreyanı Cənubi Koreya ilə dialoqa qaytarmaq üçün konstruktiv rol oynaya bilər.
Cənubi Koreya nümayəndəsi əlavə edib ki, gələn il Seul Pxenyanla dialoqu bərpa etmək niyyətindədir və Moskvanın bu istiqamətdə rolunu və təsirini müzakirə edib.
Türkan Kərimli
14:53 21.12.2025
Oxunuş sayı: 971