Rubio: Maduro hökuməti İran və Hizbullahla əməkdaşlıq edir
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Venesueladakı Nikolas Maduro hökuməti qanunsuz fəaliyyət göstərir və İran ilə Hizbullah təşkilatı ilə əməkdaşlıq edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, Maduro hökuməti ABŞ ilə əməkdaşlıqdan imtina edir və “terrorçu və cinayətkarlarla açıq əlaqələr qurur”.
Rubio əlavə edib ki, Venesuela hakimiyyəti “Hizbullah və İranı öz ərazisindən fəaliyyət göstərməyə dəvət edir”.
Türkan Kərimli
14:48 21.12.2025
Oxunuş sayı: 1043