ABŞ rəsmisi: Venesuela sahillərində neft tankeri ələ keçirilib
ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem Venesuela sahillərində ABŞ qüvvələri tərəfindən neft tankerinin ələ keçirilməsini təsdiqləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Noem sosial şəbəkələrdə paylaşımında Birləşmiş Ştatların regionda narko-terrorizmin maliyyələşdirilməsi üçün istifadə edilən qanunsuz neftin daşınmasının qarşısını almaqda davam edəcəyini bildirib. “Sizi tapıb dayandıracağıq”, – deyə o vurğulayıb.
Bu arada, Venesuela hökuməti ABŞ-a məxsus gəminin ələ keçirilməsinin cəzasız qalmayacağını bəyan edib. Rəsmi Karakas hadisəyə adekvat cavab veriləcəyini bildirib.
13:47 21.12.2025
Oxunuş sayı: 1037