Putin Tramp komandasının psixoloji portretini hazırladıb
Rusiya prezidenti Vladimir Putin Donald Tramp hakimiyyətə gəldikdən sonra onun komandasının psixoloji portretinin hazırlanması barədə göstəriş verib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, həmin vaxtdan etibarən Putin Trampın komanda üzvlərini psixoloji baxımdan təhlil edib və qarşı tərəfdən özünə ən yaxın hesab etdiyi şəxsi qeyri-rəsmi nümayəndə kimi müəyyənləşdirib.
Məlumata görə, bu şəxs yəhudi əsilli daşınmaz əmlak maqnatı və milyarder Stiv Vitkoffdur. Bildirilir ki, Putin əvvəlcə Vitkoffun nüfuzunu artırmaq məqsədilə Bayden administrasiyası dövründə azad edilməyən bir qrup amerikalı məhbusu ona təhvil verib.
Qeyd olunur ki, Rusiya prezidenti eyni zamanda Vitkoffla görüş əldə etmək üçün müxtəlif siyasi gedişlər edib. Bundan başqa, Putin ABŞ-nin digər rəsmi şəxsi Kelloqun da psixoloji portretini müəyyənləşdirərək onun Ukrayna üzrə danışıqlardan kənarlaşdırılmasına nail olub.
13:32 21.12.2025
Oxunuş sayı: 993