İranın gizli tunel şəbəkəsi ifşa olundu
Yaxın Şərqdə İranın təsir dairəsi ilə bağlı narahatlıqlar artmaqda davam edir. Son məlumatlar Suriyanın şərqində, İraq sərhədinə yaxın ərazilərdə həyata keçirilən gizli fəaliyyətlərin regionda silah daşınması və hərbi koordinasiya baxımından mühüm rol oynadığını göstərir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İranın dəstəklədiyi silahlı qruplaşmalar Suriya-İraq sərhədində genişmiqyaslı yeraltı tunel şəbəkəsi inşa ediblər. Bu gizli infrastrukturdan həmçinin “Hizbullah” və “Fatimiyun” briqadası istifadə edir.
Tunel şəbəkəsi İraq sərhədindən 3–4 kilometr məsafədə yerləşən Əl-Bukəmal bölgəsindəki baza ətrafında yaradılıb. Bildirilir ki, hava kəşfiyyatından yayınmaq məqsədi daşıyan bu tunellər İran İslam İnqilabı Keşikçiləri Korpusu və “Hizbullah” üçün silah tədarükündə mühüm marşrut rolunu oynayır
Zeynəb Xuduyeva
14:14 21.12.2025
Oxunuş sayı: 992