Netanyahu İranla bağlı yeni zərbələri Trampla müzakirə etməyi planlaşdırır
İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı yeni zərbələrin mümkünlüyünü ABŞ prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır.
Crossmedia.az bildirir ki, NBC News-un mənbələrə istinadən verdiyi məlumata görə, Netanyahu Tehranın raket proqramı ilə bağlı narahatlığını Amerika liderinin diqqətinə çatdırmaq niyyətindədir.
İsrail tərəfi İranın ballistik raket proqramının son zərbələrə baxmayaraq genişlənməyə davam etməsindən, eyni zamanda hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsindən ciddi narahatdır. Məlumata görə, Netanyahu Trampla ABŞ-nin mümkün yeni əməliyyatlarda iştirakı və ya Vaşinqtonun bu addımlara verə biləcəyi dəstək variantlarını müzakirə edəcək. Netanyahu ilə Trampın dekabrın 29-da Florida ştatında görüşəcəyi gözlənilir.
13:43 21.12.2025
Oxunuş sayı: 1034