Çin və Orta Asiyanın etnik tarixi ilə bağlı iddialar ictimai müzakirə yaradıb
Sosial şəbəkələrdə yayılan fikirlərdə iddia olunur ki, etnik han çinlilər Çinin aborigen əhalisi deyil. Məlumata görə, Şimali Çin təxminən 3600 il əvvəl təkərli döyüş arabalarından istifadə edən köçəri tayfalar tərəfindən qurulmuş Şan dövləti əsasında formalaşıb.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, paylaşımda qeyd edilir ki, həmin dövrdə “proto-çinlilərin” əsas yaşayış əraziləri indiki Laos, Tailand, Kamboca, Myanma (Birma), Vyetnam və Yantszı çayının cənubundakı torpaqlar olub.
Eyni zamanda, Çingiz xanın yaşadığı ərazilərlə bağlı da fərqli yanaşma irəli sürülür. Bildirilir ki, onun yaşadığı torpaqlar xəritədə açıq yaşıl rənglə göstərilən zonaya düşür və bu əraziyə indiki anlamda “Monqolustan” daxil olmayıb. İddiaya görə, söhbət qara-kitaylar və qara-xanilər tərəfindən qurulmuş, halxamonqollarla əlaqəsi olmayan birgə dövlətdən gedir və burada moğullar məskunlaşıb.
Paylaşımda sağ tərəfdə yaşıl rənglə göstərilən ərazilərin isə tobas (tuva) tayfaları və kidanların qədim torpaqları olduğu bildirilir. Həmçinin vurğulanır ki, Şimali Vey dövləti (xəritədə boz rənglə) də mənşəcə tuvalara aid olub, sonradan bu siyasi xətt Tan dövləti ilə davam edib.
Sevinc Yarməmmədova
12:10 21.12.2025
Oxunuş sayı: 1216