İsrail İrana qarşı yeni zərbələrə hazırlaşır
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı mümkün yeni hücumlar barədə ABŞ-ın sabiq prezidenti Donald Trampı qarşıdakı görüşdə məlumatlandırmağı planlaşdırır.
Crossmedia.az bu barədə NBC News-a istinadən xəbər verir.
İsrail hakimiyyəti İranın ballistik raket istehsalını genişləndirməsindən ciddi narahatdır. Bildirilir ki, bu raket proqramı ilin əvvəlində İsrailin hərbi zərbələri nəticəsində müəyyən zərər görsə də, Tehran fəaliyyətini yenidən intensivləşdirir.
Məlumata əsasən, məhz bu amil İsrailin mümkün təkrar hücumları gündəmdə saxlamasına səbəb olub.
Günel Verdiyeva
10:23 21.12.2025
Oxunuş sayı: 1494