Çinin Harbin şəhərində nəhəng qar adamı yaradılıb
Çinin Harbin şəhərində hündürlüyü 19 metri keçən nəhəng qar adamı inşa edilib.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, qeyri-adi qurğunun hazırlanması üçün təxminən 3 500 kubmetr qar istifadə olunub.
Məlumata görə, nəhəng qar adamı şəhərdə qış mövsümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində yaradılıb və artıq Harbinin əsas turistik məkanlarından birinə çevrilib.
11:12 21.12.2025
Oxunuş sayı: 1582