Zelenski ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüş ideyasını dəstəkləyib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Ukrayna və Rusiya arasında mümkün üçtərəfli görüş ideyasına müsbət yanaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zelenski qeyd edib ki, belə bir görüşün yeni nəticələr verib-verməyəcəyinə tam əmin deyil.
Bununla belə, o, Türkiyədə keçirilən əvvəlki oxşar danışıqların müəyyən nəticələr verdiyini, xüsusilə əsirlərin geri qaytarılmasına imkan yaratdığını xatırladıb.
“Əgər bu görüş əsir mübadiləsinin açılmasına və ya liderlərin üçtərəfli görüşü ilə bağlı razılaşmaya gətirib çıxara bilərsə, ABŞ-nin təklifini dəstəkləyəcəyik”,- deyə Ukrayna prezidenti əlavə edib.
10:12 21.12.2025
Oxunuş sayı: 1783