ABŞ Suriyada İD mövqelərinə cavab zərbəsi endirdi
ABŞ Silahlı Qüvvələri Suriyada “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə qarşı genişmiqyaslı cavab zərbəsi endirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Tramp dekabrın 19-da Şimali Karolinada tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, ötən həftə üç amerikalının ölümünə səbəb olan terrorçulara qarşı kütləvi zərbə əmri verib. Onun sözlərinə görə, həlak olanlar iki ABŞ əsgəri və bir tərcüməçi olub.
“Keçən həftə üç böyük vətənpərvərimizi öldürən terrorçulara qarşı genişmiqyaslı zərbə əmri verdim. İki əsgər, bir tərcüməçi — hamısı dəyərli insanlar idi. Zərbə çox uğurlu və yüksək dəqiqliklə həyata keçirildi”, — deyə Tramp vurğulayıb.
Pərvin Hacıyeva
15:42 20.12.2025
Oxunuş sayı: 1225