Putin Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının iclasına sədrlik edəcək
Rusiya Prezidenti Vladimir Putin dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının iclasına sədrlik edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda bildirilir.
İclasda Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə dair cari məsələlər, inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi istiqamətləri və İttifaqın vahid bazarının inkişafı müzakirə olunacaq. Eyni zamanda, İndoneziya ilə azad ticarət sazişinin imzalanması nəzərdə tutulur.
Bundan əlavə, Rusiya Prezidentinin təşəbbüsü ilə dekabrın 22-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüş çərçivəsində Vladimir Putinin bir sıra ikitərəfli danışıqlar aparması da planlaşdırılır.
15:23 20.12.2025
Oxunuş sayı: 1142