Rubio: Heç bir ölkədə İrandakı qədər hökumətlə xalq arasında belə bir fərq yoxdur
Dünən ABŞ dövlət katibi Marko Rubio İranda insan haqlarının pozulmasını, Tehranın regional müdaxilələrini və Nikolas Maduro hökumətinə dəstəyini tənqid edərək bildirib ki, dünyada hökuməti ilə xalqı arasında İran qədər dərin fərq olan başqa ölkə yoxdur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rubio mətbuat konfransında deyib ki, dünyada elə bir ölkə tanımıram ki, orada ölkəni idarə edən rejimlə xalqı arasında bu qədər fərq olsun.
Onun sözlərinə görə, İslam Respublikası uzun və zəngin tarixin varisləri olan İran xalqını təmsil etmir.
ABŞ dövlət katibi vurğulayıb ki, İran hökuməti ölkənin sərvətlərini mənimsəyib və onları nə xalqın rifahına, nə də kifayət qədər su və elektrik təminatına yönəldib. Rubio əlavə edib ki, bu vəsaitlər dünyanın müxtəlif bölgələrində terror təşkilatlarının dəstəklənməsinə xərclənib.
“Bu səbəbdən biz bu məsələləri gündəmdə saxlamağa davam edəcəyik”, — deyə, o, bildirib.
14:40 20.12.2025
Oxunuş sayı: 1260