Tramp administrasiyası Epşteyn işi üzrə materialları gizlədib
ABŞ-də Donald Tramp administrasiyasının açıqlıq və şəffaflıqla bağlı verdiyi vədlərə baxmayaraq, Ceffri Epşteyn işi üzrə bir sıra materialları gizlətdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq sənədlərin açıqlanması ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilməyib.
Məlumata görə, Epşteyn işi ilə əlaqəli çoxsaylı fotoşəkillər və sənədlər ictimaiyyətə təqdim edilərkən tamamilə və ya qismən qara bloklarla örtülüb. Bu isə işin detalları ilə bağlı sualların və müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.
Nigar Yahyazadə
13:13 20.12.2025
Oxunuş sayı: 1170