Türkiyədə naməlum PUA insidenti
Türkiyənin Kocaeli vilayətində mənşəyi müəyyən edilməyən pilotsuz uçuş aparatı (PUA) yerə düşüb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı təhlükəsizlik qurumları araşdırmalara başlayıb.
Qeyd edək ki, bu insident son bir həftə ərzində Türkiyədə baş verən ikinci oxşar hadisədir. Rəsmi qurumlar PUA-nın kimə məxsus olduğu və hansı məqsədlə istifadə edildiyi barədə hələlik açıqlama verməyiblər.
Pərvin Hacıyeva
12:48 20.12.2025
Oxunuş sayı: 1218