Rusiya Azərbaycandan tranzitin bərpası hesabına Ermənistana buğda ixracını artırıb
Rusiya Azərbaycandan Ermənistana yük tranzitinin bərpası sayəsində bu ölkəyə buğda ixracının təxminən iki dəfə artdığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya İqtisadi İnkişaf Nazirliyinin MDB ölkələri ilə İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Aleksey Mixaylov deyib.
Onun sözlərinə görə, bu il Rusiya Ermənistana alüminium, çörək, günəbaxan yağı və dərman tədarükünü də artırıb.
Mixaylov qeyd edib ki, “Azərbaycan üzərindən Ermənistana yük tranzitinin bərpası sayəsində buğda tədarükü təxminən iki dəfə artıb”.
Türkan Kərimli
12:58 20.12.2025
Oxunuş sayı: 1334