Pentaqon piyada əleyhinə minalardan istifadəyə icazə verməyi təklif edir
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri Pit Heqset piyada əleyhinə minalardan istifadəyə icazə verilməsinə çağırış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, silahların tətbiqi ilə bağlı yeni qaydaların 90 gün ərzində hazırlanması təklif olunur. Bu barədə The Washington Post qəzeti Pentaqon sənədinə istinadən xəbər yayıb.
Qeyd edilib ki, təklif olunan dəyişikliklər silahlardan istifadə mexanizmlərinin yenidən müəyyənləşdirilməsini nəzərdə tutur.
Fatimə Məmmədova
13:53 20.12.2025
Oxunuş sayı: 980