Rusiya Odessada liman infrastrukturuna zərbə endirib: ölən və yaralananlar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində liman infrastrukturuna hücum edib. Məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 27 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ukrayna fövqəladə xidmətlərinin məlumatına görə, yaralananların bir qismi zərbənin episentrində qalan avtobusda olub. Hadisə zamanı mülki şəxslər arasında ciddi itkilər qeydə alınıb.
Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində xilasetmə və tibbi yardım tədbirləri davam etdirilir.
Fatimə Məmmədova
13:38 20.12.2025
Oxunuş sayı: 1147