Xəzərin müdafiəsi gündəmdə: Cenevrədə ikinci iclas keçirildi
Xəzərin taleyi yenidən beynəlxalq masaya çıxarıldı. 18-19 dekabr 2025-ci il tarixlərində Cenevrədə Xüsusi İşçi Qrupunun ikinci iclası baş tutub. Görüşün əsas məqsədi Xəzər dənizinin dəniz mühitinin qorunmasına dair Çərçivə Konvensiyası çərçivəsində Sədrliyin (Katibliyin) yaradılması üçün zəruri sənədlərin hazırlanması olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.
İclas zamanı Katibliyin fəaliyyətinin konseptual əsasları, həmçinin onun regionda yerləşdirilməsi ilə bağlı mümkün mexanizmlər müzakirə olunub. Bununla yanaşı, iştirakçılara Xəzər dənizində su səviyyəsinin dəyişməsi ilə bağlı hazırlanmış Fəaliyyət Planı layihəsi üzrə yenilənmiş məlumat təqdim edilib.
Sevinc Yarməmmədova
11:11 20.12.2025
Oxunuş sayı: 1211