Dniproda işıq kəsintisi zamanı gərginlik: elektrikçilərə hücum edildi
Ukraynanın Dnipro şəhərində elektrik enerjisinin kəsilməsi ilə bağlı aparılan işlər zamanı gərginlik yaşanıb. Məlumata görə, bəzi sakinlər elektrik təchizatını bərpa etmək üçün əraziyə gələn elektrik şirkətinin əməkdaşlarına hücum ediblər.
Crossmedia.az xəbər verir ki,daha əvvəl bir sıra yaşayış binaları kritik infrastrukturla eyni elektrik xəttində yerləşdiyi üçün ümumi qrafikə uyğun olaraq işıqdan ayrılmayıb. Bu səbəbdən həmin ünvanlarda elektrik enerjisinin əl ilə, fərdi qaydada kəsilməsi qərara alınıb.
Lakin proses zamanı vəziyyət nəzarətdən çıxıb. Hadisə yerində fiziki zorakılıq baş verib, nəticədə elektrik şirkətinin bir əməkdaşı bədən xəsarəti alıb. Eyni zamanda şirkətə məxsus əmlaka ziyan dəyib.
Baş verən insident səbəbindən istehlakçıların bir alt qrupuna elektrik enerjisinin bərpası gecikib. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Nastya Qəniyeva
10:45 20.12.2025
Oxunuş sayı: 1285